Osimhen İtaliya nəhənginin hədəfindədir
"Qalatasaray"da icarə əsasında çıxış edən nigeryalı forvard Viktor Osimhen karyerasını "Yuventus"da davam etdirə bilər.
Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, "Yuventus" Osimhen üçün "Napoli" ilə görüşmələrə başlayıb.
"Napoli"nin rəhbərliyi 26 yaşlı futbolçu üçün 70 milyon avro tələb edir.
Qeyd edək ki, Osimhen bu mövsüm çıxış etdiyi 32 matçda 28 qol və 5 asistlə yadda qalıb.