Osimhen karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər
"Qalatasaray"da icarə əsasında çıxış edən nigeryalı forvard Viktor Osimhen mövsümün sonunda klubdan ayrılacaq.
Sportline.az jurnalist Nikkolo Sekkarinin məlumatına istinadən xəbər verir ki, "Mançester Yunayted" və "Arsenal" Osimheni transfer etmək niyyətindədir.
26 yaşlı futbolçu müqavilə əsasında "Napoli" klubuna məxsusdur.
Qeyd edək ki, Osimhenin sərbəst qalma məbləği 63 milyon avrodur.
O bu mövsüm "Qalatasaray"ın heyətində çıxış etdiyi 30 matçda 26 qol və 5 asistlə yadda qalıb.