Osimhen "Mançester Yunayted"ə transfer olmaq niyyətindədir

"Qalatasaray"da icarə əsasında çıxış edən nigeryalı futbolçu Viktor Osimhen mövsümün sonunda "Mançester Yunayted"ə transfer olmaq istəyir.

Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano öz şəxsi "X" hesabında paylaşım edib.

Osimhen müqavilə əsasında "Napoli" klubuna məxsusdur. İtaliya klubu 26 yaşlı forvard üçün 75 milyon avro tələb edir.

Qeyd edək ki, Osimhen cari mövsüm "Qalatasaray"ın heyətində çıxış etdiyi 26 oyunda 20 qol və 5 məhsuldar ötürmə müəllifi olub.