Osimhen seçimini etdi
"Qalatasaray"da icarə əsasında çıxış edən nigeryalı futbolçu Viktor Osimhen karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Sportline.az "Africa Foot" nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted" və "Çelsi" Osimhenlə yaxından maraqlanır.
26 yaşlı forvard "Mançester Yunayted"ə transfer olmaq istəyir. O, müqavilə əsasında "Napoli" klubuna məxsusdur.
Qeyd edək ki, Osimhen bu mövsüm "Qalatasaray"ın heyətində çıxış etdiyi 34 matçda 29 qol 6 asistlə yadda qalıb.
Futbolçunun transfer qiyməti 70 milyon avro olaraq təyin olunub.