Osimheni 6 nəhəng klub transfer etmək istəyir
"Qalatasaray"ın nigeryalı forvardı Viktor Osimhen Avropa nəhənglərinin maraq dairəsindədir.
Sportline.az "Fanatik" nəşrinə istinadən xəbər verir ki, "Liverpul", "Paris Sen-Jermen", "Barselona", "Mançester Yunayted" və "Çelsi" 26 yaşlı hücumçunu transfer etmək istəyən klubların siyahısında yer alır.
Osimhenin transfer qiyməti 100 milyon avrodur.
Qeyd edək ki, sözügedən oyunçu bu mövsüm meydana çıxdığı 12 matçda 9 qolla yadda qalıb.