Ozan Kabak klubunu dəyişdi

"Şalke" futbolçusu Ozan Kabakı satıb. 

Sportline.az klubun saytına istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçi karyerasını "Hoffenhaym"da davam etdirəcək. Türkiyə millisinin üzvü ilə 4 illik müqavilə imzalanıb. "Hoffenhaym" bu transfer üçün 5 milyon avro ödəyəcək.

Qeyd edək ki, Ozan Kabak 2021-ci ilin fevralında "Şalke"yə keçmişdi. O, ötən mövsümü icarə əsasında "Norviç Siti"də keçirib.