Ozan Tufan Rusiya nəhənglərinin hədəfində
“Fənərbağça”nın yarımmüdafiəçisi Ozan Tufan Rusiyanın “Spartak” və SSKA klublarının maraq dairəsindədir.
Sportline.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hər iki klub 25 yaşlı futbolçunu öz heyətində görmək istəyir.
Digər məlumata əsasən, Tufanın xidmətində İngiltərənin “Vest Bromviç” klubu da maraqlıdır.
Qeyd edək ki, “Fənərbağça”nın futbolçusu Türkiyə çempionatının cari mövsümündə rəqib qapılarına 4 qol vurub.