Özbəkistan millisinin baş məşqçisi bilinib

Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi təyin olunub.

Sportline.az xəbər verir ki, kapitan kimi İtaliya ilə dünya çempionu olan və “Qızıl top”un sahibi Fabio Kannavaro Özbəkistan millisinin sükanı arxasına keçib.

O, 2026-cı ildə tarixində ilk dəfə dünya çempionatında iştirak edəcək asiyalıları yeni uğurlara daşımağa çalışacaq.