Palmerin adı "Real Madrid"lə hallanır
"Çelsi"nin ulduz futbolçusu Kol Palmerin adı "Real Madrid"lə hallanır.
Sportline.az xəbər verir ki, "los blankos" 23 yaşlı oyunçunu heyətə cəlb etmək niyyətindədir.
Bu haqda "Sun on Sunday" nəşri məlumat yayıb.
Qeyd edək ki, Palmerin transfer qiyməti 150 milyon avrodur.
O, cari mövsüm meydana çıxdığı 25 matçda 10 qol, 3 asistlə yadda qalıb.