Palmerin transfer qiyməti açıqlandı
"Çelsi" ingiltərəli ulduz futbolçusu Kol Palmerin transfer qiymətini açıqlayıb.
Sportline.az xəbər verir ki, "zadəganlar" 23 yaşlı oyunçu üçün 150 milyon avro tələb edir.
Bu haqda "The Sun" nəşri məlumat yayıb.
Qeyd edək ki, "Mançester Yunayted", "Bavariya" və "Real Madrid" Palmerlə yaxından maraqlanır.