"Paris" klubu ispaniyalı müdafiəçini transfer etməkdə israrlıdır
Hazırda azad agent statusunda olan Serxio Ramos karyerasını yenidən Fransa liqasında davam etdirə bilər.
Sportline.az jurnalist Santi Aounanın məlumatına istinadən xəbər verir ki, "Paris" klubu 39 yaşlı stopperi heyətinə qatmaqda israrlıdır.
İspaniya millisinin sabiq kapitanı bu keçidə müsbət yanaşır.
Qeyd edək ki, S.Ramosun son klubu "Monterrey" olub.