Paşayev oynamadı, komandası "Şaxtyor"u üstələdi

Azərbaycan millisinin üzvü Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" Ukrayna çempionatında növbəti oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib "Şaxtyor" kollektivi olub.

Qarşılaşma "Aleksandriya"nın qələbəsi ilə yekunlaşıb - 2:1.

P.Paşayevin adı oyunun iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, “Aleksandriya” 15 xalla 8-ci yerdə qərarlaşıb.