Patris Evradan Qvardiolaya atmaca
“Mançester Yunayted”in sabiq futbolçusu Patris Evra iddialı açıqlamaları ilə gündəmə gəlib.
Sportline.az xəbər verir ki, Patris Evra “Sky Sports” kanalına müsahibə verərkən bu fikirləri səsləndirib;
“Qvadiola ən yaxşı baş məşqçilərdən biridir. Lakin tiki-takası ilə futbolu öldürdü. İndi robotlarmız var. Yaradıcılıq baxımında çox kəsat futbol matçları izləyirik. Bunun günahı Qvardioladır”, - deyə P.Evra bildirib.
Qeyd edək ki, Patris Evra karyerası ərzində “Monza”, “Nitsa”, “Monako”, “Mançester Yunayted”, “Juventus”, “Marsilya” və “Vest Hem Yunayted” kimi klubların şərəfini qoruyub.