Pavel Paşayev 90 dəqiqə meydanda oldu
Azərbaycan millisinin üzvü Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" Ukrayna çempionatında növbəti oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib “Mariupol” kollektivi olub.
Qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
P.Paşayev start heyətində meydana daxil olub və 90 dəqiqə mübarizə aparıb.
Qeyd edək ki, "Aleksandriya" 8 xalla 12 klub arasında 8-ci pillədə qərarlaşıb.