Pavel Paşayevin debüt oyunu
Azərbaycan millisinin üzvü - Pavel Paşayev yeni klubu "Aleksandriya"da ilk rəsmi oyununa çıxıb. SportLine.az xəbər verir ki, futbolçu Ukrayna Premyer Liqasının 3-cü turu çərçivəsində "Zarya"ya qarşı keçirilən görüşdə meydanda olub.
Meydana start heyətində daxil olan P.Paşayev 65 dəqiqə oynayıb.
Qeyd edək ki, qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.