Pedro qərarını verdi
"Latsio"nun ispaniyalı futbolçusu Pedro mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb.
Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano öz "X" hesabında paylaşım edib.
38 yaşlı sağ cinah vingerinin paytaxt klubu ilə sözləşməsi 2026-cı ilin iyun ayında başa çatacaq.
Qeyd edək ki, Pedro karyerası ərzində daha əvvəl "San İsidro", "Barselona", "Çelsi" və "Roma" kimi klublarda çıxış edib.
 
 
                                     
                     
                 
                 
                 
                 
                