Pep Quardiolanın 4 istəyi
Növbəti mövsüm çempionluğu hədəfləyən "Mançester Siti" heyətini gücləndirmək barədə düşünür. SportLine.az BBC Sport-a istinadən xəbər verir ki, baş məşqçi Pep Quardiola yaxın vaxtda 4 futbolçunun keçidini həll etməyi klub rəhbərliyinə tapşırıb. Bunlar "Yuventus"dan ayrılan Dani Alveş, "Tottenhem"dən Kayl Uolker, "Sauthempton"dan Rayan Bertrand və "Monako"dan Benjamin Mendidir.
Xatırladaq ki, "Mançester Siti" ötən mövsümü 3-cü pillədə tamamlayıb.