Pep Qvardiola: “Barselona mənim ürəyimdir”

“Mançester Siti”nin ispanyalı çalışdırıcısı P.Qvardiola maraqlı açıqlamaları ilə gündəmə gəlib.

Sportline.az xəbər verir ki, 53 yaşlı təcrübəli mütəxəsis keçmiş klubu “Barselona” haqqında bu fikirləri qeyd edib;

“Barselona mənim ürəyimdir. O klubda mükəmməl xatirələrim oldu. Həmişə mənim qəlbimdə yaşayacaq. Çempionlar Liqasında “Barselona” ilə qarşılaşacağıma ümid edirəm. Onlara olan sevgim məni məhv edir”, - deyə P.Qvardiola bildirib.

Qeyd edək ki,  Pep Qvardiola 2008-2012-ci illərdə “Barselona” klubunu çalışdırıb.