Pep Qvardiola: “İngiltərə millisinin məşqçisi olmayacam”

“Mançester Siti”nin ispanyalı çalışdırıcısı Pep Qvardiola haqqında çıxan İngiltərə millisinin baş məşqçisi olması ilə bağlı məsələyə aydınlıq gətirib.

Sportline.az xəbər verir ki, Qvardiola jurnalistlərin suallarını cavablayarkən bu fikirləri qeyd edib;

“Mən hazırda “Mançester Siti”nin baş məşqçisiyəm. Burada xoşbəxtəm. Bu klubdakı misyamın bitdiyini düşünmürəm. İngiltərə millisinin məşqçisi olacam xəbərləri yanlışdır”, - deyə Pep Qvardiola bildirib.

Qeyd edək ki, Qvardiola 2016-cı ildən “Mançester Siti”nin baş məşqçisidir.