Pep Qvardiola: “Messi tarixin ən böyük futbolçusudur, 4 Dünya kubokuna layiqdir”
Pep Qvardiola növbəti dəfə Lionel Messi haqqında səsləndirdiyi fikirlərlə diqqət çəkib.
Sportline.az "Goal.com" nəşrinə istinadən xəbər verir ki, ispan mütəxəssisə “İspaniyadan başqa hansı komandanın Dünya kubokunu qazanmağa layiq olduğunu düşünürsünüz?” sualı ünvanlanıb.
Qvardiola bu suala belə cavab verib: “Messinin buna layiq olduğuna görə Argentina.”
Jurnalistin “Amma Messi artıq bir Dünya kuboku qazanıb” sözlərinə isə Pep belə reaksiya verib: “O, tarixin ən böyük futbolçusudur. Messi 4 Dünya Kubokuna layiqdir.”