Pep Qvardiola: “Messi tarixin ən yaxşısıdır”

“Mançester Siti”nin ispanyalı baş məşqçisi Pep Qvardiola keçmiş futbolçusu Lionel Messi barədə danışıb.

Sportline.az xəbər verir ki, jurnalistlərə müsahibə verən zaman o, ünvanlanan “dünyanın ən yaxşısı” kimdir sualına P.Qvardiola belə cavab verib;

“Lionel Messi bütün dövrlərin ən böyük futbolçusudur. Bəlkə də Pele Maradonaya hörmətsizlik edirəm, amma Messi qədər stabil birini görmədim. O inanılmaz futbolçudur”, - deyə P.Qvardiola bildirib.

Qeyd edək ki, Lionel Messi bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 21 matçda 19 qol və 12 asistlə yadda qalıb.