“Pley-off”da final günü
Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin pley-off finalları keçiriləcək.
Sportline.az xəbər verir ki, qarşılaşmalardan sonra mundiala vəsiqə qazanacaq daha 4 milli komanda məlum olacaq.
Yarımfinalda Rumıniyanı üstələyən (1:0) Türkiyə millisi səfərdə Kosovo ilə qarşılaşacaq. İtaliya millisi Bosniya və Herseqovinanın qonağı olacaq. İsveç öz meydanında Polşa, Çexiya isə Danimarka ilə üz-üzə gələcək. Oyunların hamısı Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
31 mart
DÇ-2026, pley-off mərhələsinin final oyunları
22:45. Kosovo – Türkiyə
Priştina, Kosovo
22:45. Bosniya və Herseqovina – İtaliya
Zenitsa, Bosniya və Hersoqovina
22:45. İsveç – Polşa
Solna, İsveç
22:45. Çexiya – Danimarka
Praqa, Çexiya