Politano "Napoli"də qalacaq

"Qarabağ"ın UEFA Çempionlar Liqasındakı rəqibi "Napoli" heyətində müqavilə yeniləməsi baş tutub.

Sportline.az xəbər verir ki, Neapol klubu Matteo Politanonun sözləşməsinin müddətini 2028-ci ilin iyun ayına kimi uzadıb. Bu barədə futbol üzrə tanınmış insayder Fabritsio Romano məlumat paylaşıb.

İtaliya millisinin təcrübəli oyunçusu 2021-ci ilin yayında "İnter"dən "Napoli"nin heyətinə qatılıb. 32 yaşlı cinah futbolçusu cari mövsümdə 5 rəsmi oyunda meydana çıxaraq 1 məhsuldar ötürmə ilə yadda qalıb.