Polşalı futbolçu "Sivasspor"a transfer olunub

"Sivasspor" heyətini yarımmüdafiəçi ilə gücləndirib.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, Türkiyə klubu son olaraq "Lexiya Qdansk" forması geyinən Yan Bieqanskini rənglərinə bağlayıb.

21 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Futbolçuluq karyerasına Polşanın "Tuçi" komandasında başlayan Yan 2018-ci ildə milli komandaya dəvət alıb.Ötən mövsümü "Lexiya" klubunda keçirən gənc futbolçu 14 oyunda 1 qol və 1 asistlə yadda qalıb.

Qeyd edək ki, "Sivasspor" Super Liqanın 2-ci həftəsində bu gün "Kayserispor"la qarşılaşacaq.