Poqba futbola geri dönür?
Fransalı yarımmüdafiəçi Pol Poqba futbolçu karyerasını davam etdirə bilər.
Sportline.az "Team Talk"a istinadən xəbər verir ki, 31 yaşlı futbolçunun antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya müddəti başa çatıb.
Poqba artıq oyunlarda iştirak edə bilər, hazırda o, azad agentdir.
Qeyd edək ki, Poqba sonuncu dəfə 2023-cü il sentyabrın 3-də meydana çıxıb. Futbolçunun son klubu "Yuventus" olub.