Poqba karyerasını ölkəsində davam etdirə bilər
Mart ayında futbola geri qayıdacağı gözlənilən 31 yaşlı fransalı futbolçu Pol Poqba karyerasını ölkəsində davam etdirmək istədiyi bildirilir.
Sportline.az “Foot Mercato” saytına istinadən xəbər verir ki, Poqbanı Fransa Liqa 1 komandalarından, “Paris Sen Jermen” və “Marsilya” klubları heyətinə cəlb etmək istədiyi qeyd olunur.
Poqba Fransa Çempionatında çıxış etməyə müsbət yanaşır.
Qeyd edək ki, Pol Poqba müqavilə əsasında “Yuventus” klubuna məxsusdur.