Poqba: “Kenan Yıldız mükəmməl futbolçudur”

“Yuventus”un 31 yaşlı fransalı futbolçusu Pol Poqba türkiyəli futbolçu Kenan Yıldız haqqında danışıb.

Sportline.az xəbər verir ki, jurnalistlərə müsahibə verərkən Poqba bu fikirləri söyləyib;

“Kenan Yıldız mükəmməl futbolçudur. Onun yaxşı istedadı var. “Yuventus” klubda böyük futbolçuya çevrilə bilər. Onu ilk görəndə özümə dedim ki, bu futbolçu əsas komandada oynamağa laiq oyunçudur. O özəl biridir. 10 nömrəli formanı sonuna qədər haqq edir”, - deyə P.Poqba bildirib.

Qeyd edək ki, Kenan Yıldız bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 9 matçda 1 qol və 2 asistlə yadda qalıb.