"Porto"dan "Nyukasl"a doğru

"Porto"nun ispaniyalı hücumçusu Samuel Aqhehova karyerasını "Nyukasl Yunayted"də davam etdirə bilər.

Sportline.az xəbər verir ki, bu haqda nüfuzlu "Guardian" nəşri məlumat yayıb.

21 yaşlı futbolçunun transfer qiyməti 50 milyon avrodur.

Qeyd edək ki, S.Aqhehova bu mövsüm meydana çıxdığı 4 matçda 4 qolla yadda qalıb.