"Porto"nun hücumçusu İngiltərə nəhənglərinin radarındadır
"Porto"nun forvardı Samu Aqhehova İngiltərə klublarının maraq dairəsindədir.
Sportline.az xəbər verir ki, "Tottenhem", "Arsenal" və "Nyukasl Yunayted" sözügedən futbolçunun xidmətində maraqlıdır.
Bu haqda "Fichajes" nəşri məlumat yayıb.
Qeyd edək ki, Aqhehovanın dəyəri 50 milyon avrodur.
Onun Portuqaliya klubu ilə sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.
İspaniya millisinin üzvü bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 14 matçda rəqib qapılarından 11 top keçirib.