Premyer Liqanın ən yaxşısı seçildi
"Mançester Siti"nin ulduz hücumçusu Erlinq Haaland cari mövsümdə komandasının ən yaxşı oyunçusu seçilib.
Sportline.az xəbər verir ki, ESPN nəşrinin məlumatına görə, norveçli forvard bütün turnirlərdə vurduğu qollar və etdiyi məhsuldar ötürmələrin cəminə (37) görə bütün rəqiblərini geridə qoyub. Bu göstərici ilə o, Premyer Liqanın digər futbolçularını ən azı 12 xal qabaqlayır. Siyahı hazırlanarkən oyunçuların fərdi bacarıqları ilə yanaşı, komandanın taktikasındakı rolları da nəzərə alınıb.
Qeyd edək ki, araşdırmada yalnız cari mövsümdə Premyer Liqa və Çempionlar Liqasında ən azı 900 dəqiqə meydanda olan futbolçular iştirak edib.