Prezident FHN-in İdman-Sağlamlıq Klubunun açılışında

Bu gün  Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzinin açılışı olub.

Sportline.az xəbər verir ki, prezident İlham Əliyev açılışda iştirak edib.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dövlətimizin başçısına raport verib. İlham Əliyev idman-sağlamlıq mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.

Kəmaləddin Heydərov idman-sağlamlıq mərkəzində yaradılan şərait barədə İlham Əliyevə məlumat verib.