Prosineçki: Almaniya ilə görüş qrupun ən asan oyunu olacaq
|
Millimizin baş məşqçisi Robert Prosineçki AFFA-nın Hesabat Konfransından sonra brifinq keçirib. Sportline.az xəbər verir ki, xorvatiyalı mütəxəssis əvvəlcə Qətər millisi ilə yoldaşlıq oyunundan danışıb. - Bu oyun bizim üçün çox vacib idi. Çünki Almaniya ilə seçmə mərhələ matçına az vaxt qalıb. Özünəinam baxımından Qətərlə qarşılaşma bizim üçün önəmli oyun oldu. Yeni futbolçuları da sınamaq imkanım yarandı. Ancaq Premyer Liqada çıxış edən oyunçulara şans verdim. - Çünki baş məşqçi mənəm və qərarı mən qəbul edirəm. Hamı deyə bilər ki, nəyə görə bəzi oyunçular çağırılmayıb. Amma mən çağırılanları lazım bilmişəm və onlara dəvət göndərmişəm. - Sizinlə tamamilə razıyam. Bizdə qapıçı problemi var. Kamran “Boavişta”da artıq əsas qapıçı deyil. Səlahət Ağayev Qətərlə matçı yüksək səviyyədə keçirdi. Təəssüf ki, o da zədələndi. Hələ oyuna 10 gün vaxt qalıb. Buna baxmayaraq, Kamran bizim bir nömrəli qapıçımızdır. - Almeyda gələcəkdə milli komandada çıxış edəcək. Sadəcə, Almaniya ilə görüşdə kimlər iştirak edə bilərdilərsə, onları apardıq. Qərara gəldik ki, Almeyda milliyə qoşulsun, atmosferi hiss etsin. Sadəcə, Almaniyaya qarşı oynaya bilməyəcəyi üçün onu Qətərə aparmadıq. - Bizim üçün Almaniya ilə matç qrupda ən asan oyun olacaq. Rəqib dünyanın ən güclü komandalarındandır. O, təkcə qrupumuzun favoriti deyil, həm də dünya çempionudur. Buna görə də - Mən həmin jurnalistlə görüşmüşdüm. Amma aramızda belə söhbət olmamışdı. Ona dedim ki, bizimlə oyun milliniz üçün çətin olacaq. - Bəli, mən də bunu başa düşmürəm. Amma bu barədə Qətər Futbol Assosiasiyasından soruşmaq lazımdır. |