Prosineçki əzəli rəqiblərin duelini izləyəcək
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Topaz Premyer Liqasını diqqət mərkəzində saxlayır. SportLine.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis çempionatın III turunun daha bir görüşünü izləyəcək.
Dünən “İnter”lə “Kəpəz” (2:2) arasında “İnter Arena”da baş tutmuş qarşılaşmanı seyr edən Prosineçki sabah “Qarabağ” – “Neftçi” oyununda iş başında olacaq. O, əzəli rəqiblərin “Əlincə” stadionunda keçiriləcək matçını tribunadan izləyəcək.
Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” – “Neftçi” görüşü saat 20:00-da başlayacaq.