Prosineçkinin indi də "Sevilya"nın hədəfində olduğu bildirilir

Milli futbol komandamızın baş məşqçisi Robert Prosineçkinin adı indi də "Sevilya" ilə yanaşı çəkilir. Sportline.az xəbər verir ki, bu haqda Türkiyə mətbuatı məlumat yayıb. Bildirilir ki, son günlər "Bursaspor"un potensial çalışdırıcısı kimi təqdim olunan xorvatiyalı, İspaniya təmsilçisinin də diqqət mərkəzindədir. Klub rəhbərliyininn baş məşqçi Xorxe Sampaolinin mümkün gedişindən sonra boş qalacaq posta məhs Prosineçkini dəvət edəcəyi iddia edilir. Xatırladaq ki, bir müddət əvvəl, onunla İspaniyanın digər təmsilçisi-"Valensiya"nın da maraqlandığı bildirilirdi.