Messinin PSJ-dəki gələcəyi qaranlıq görünür

PSJ Lionel Messi ilə müqavilə müddətini uzatmaqda tərəddüd edir.

Sportline.az xəbər verir ki, bu haqda "L’Équipe"də yayılan məlumatda bildirilir.

Klub rəhbərliyi 35 yaşlı futbolçu ilə yeni anlaşma imzalamağa əmin deyil.

Səbəblərdən biri Messinin yerli azarkeşlərlə münasibətinin soyuq olmasıdır.

Bu, PSJ - "Renn" (0-2) görüşündə daha aydın şəkildə özünü büruzə verib.

Qeyd edək ki, Messinin parislilərlə müqaviləsi bu yay başa çatır.

Banner