Kamilo Duran "Milan"a da qol vurdu
Bu yay "Qarabağ"dan "Seltik"ə keçən Kamilo Duran qollarını sıralamaqda davam edir.
Sportline.az xəbər verir ki, kolumbiyalı hücumçu bu dəfə "Milan"ın qapısına yol tapıb.
Duran hazırda "Seltik Park"da İtaliya nəhəngi ilə keçirilən yoldaşlıq görüşünün 11-ci dəqiqəsində hesabı açıb. O, 27-ci dəqiqədə komanda yoldaşı Ceyms Forestin vurduğu qolun isə ötürməsini edib.
24 yaşlı futbolçu artıq "Seçltik"də ardıcıl 3-cü oyunda fərqlənməyi bacarıb. O, bundan əvvəl "Sportinq" və "Midlsbro" ilə yoldaşlıq görüşlərində də qol vurmuşdu.
Xatırladaq ki, Kamilo Duran 2025-ci ilin yayından ötən ayadək "Qarabağ"ın formasını geyinib.