Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı

“Şahdağ Qusar” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Sportline.az xəbər verir ki, Şimal təmsilçisi kamerunlu yarımmüdafiəçi Arsene Daudanı heyətinə qatıb.

Bu barədə 1-ci liqa klubunun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Arsenenin son klubu 1-ci Liqa təmsilçisi “Cəbrayıl” olub.

Banner