"Arsenal"dan 80 milyon avroluq transfer
"Atletik Bilbao"nun futbolçusu Niko Uilyams karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Arsenal" 24 yaşlı sol cinah vingeri üçün 80 milyon avro ödəməyə hazırdır.
Bu haqda jurnalist Ekrem Konur məlumat yayıb.
Qeyd edək ki, N.Uilyamsın İspaniya klubu ilə müqaviləsi 2035-ci ilin iyun ayına qədərdir.