Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
UEFA-nın iyulun 21-23-də keçirilən avrokubokların 2-ci təsnifat mərhələsinin ilk oyunlarında ən çox azarkeş toplayan matçların siyahısı açıqlanıb.
Sportline.az bu haqda “Football Meets Data”ya istinadən xəbər verir.
“Qarabağ”ın Bolqarıstanın SSKA klubuna qarşı Bakıda keçirdiyi Avroliqanın 2-ci təsnifat mərhələsinin ilk görüşüns 23 813 azarkeş izləyib. Bu göstərici ilə “Qarabağ” həftənin ən yüksək tamaşaçı sayına malik 5-ci komandası olub.
İlk dördlükdə isə “Fənərbaxça” – “Qornik” (38 604), “Beşiktaş” – “Midtyulland” (31 471), “Hayduk” – “Pafos” (27 752) və “Tvente” - “Ferensvaroş” (27 500) matçları qərarlaşıb.