PSJ - "Arsenal": Düşərgələrdəki son durum

UEFA Çempionlar Liqasında bu gün son finalçı müəyyənləşəcək.

Sportline.az xəbər verir ki, “Paris Sen-Jermen” “Park De Prens”də “Arsenal”la qarşılaşacaq. London keçirilən ilk oyun PSJ-nin 1:0 hesablı qələbəsi ilə nəticələnmişdi.

Paris klubunda yeganə itki Presnel Kimpembenin adı ilə bağlıdır.

“Arsenal”da isə itkilərin sayı kifayət qədərdir. Qabriyel Maqalayeş, Takihero Tomiyasu, Jorjinyo, Qabriyel Jesus və Kay Havert zədə səbəbindən baş məşqçi Mikel Artetanın sərəncamında olmayacaq.

Oyunun ədalət təmsilçisi almaniyalı Feliks Zvayer olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.