PSJ "Aston Villa"ya qarşı
Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin daha iki matçı keçiriləcək.
Sportline.az xəbər verir ki, “Liverpul”u mübarizədən kənarlaşdıran “Paris Sen-Jermen” ¼ finalda “Aston Villa” ilə qarşılaşacaq.
“Park De Prens” stadionunda keçiriləcək oyunda hər iki komanda meydana itkilərlə çıxacaq.
PSJ-də Marqinyos cəza, Kanq Li isə zədə səbəbindən matçı buraxmalı olacaq.
“Aston Villa”da isə Leon Beyli və Roz Barkli iştirak ərzəsində yer almayıb.
Oyunu italiyalı Maurizio Mariani idarə edəcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.