PSJ azarkeşlərini polis saxladı
PSJ-nin 2025-ci ildə əldə etdiyi tarixi uğurlar münasibətilə Parisdə keçirilən bayram tədbirləri xoşagəlməz hadisələrlə yadda qalıb.
Sportline.az "Le Parisien" nəşrinə istinadən xəbər verir ki, şənbə axşamı Eyfel qülləsi yaxınlığındakı Trokadero meydanında klubun Çempionlar Liqası da daxil olmaqla qazandığı altı titulu qeyd etmək üçün toplaşan azarkeşlər arasında baş verən iğtişaşlar zamanı təxminən 40 ultra saxlanılıb.