PSJ "Barselona"ya 55 milyon avronu ödəmək niyyətindədir
"Paris Sen-Jermen" "Barselona"nın yarımmüdafiəçisi Qavini transfer etməkdə israrlıdır.
Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, Fransa klubu bu keçid üçün qarşı tərəfə 55 milyon avro ödəməyə hazırdır.
21 yaşlı oyunçu hazırda zədəlidir. O, bu mövsüm 2 rəsmi matçda iştirak edib və aktivində 1 məhsuldar ötürmə var.
Qeyd edək ki, Qavinin "Barselona" ilə sözləşməsi 2030-cu ilin iyun ayına qədərdir.