PSJ baş məşqçisiz qaldı
PSJ klubu baş məşqçi Loran Blanla yollarını ayırıb. SportLine.az xəbər verir ki, müqavilə qarışıqlı razılıq əsasında pozulub.
Boş qalan posta "Sevilya"dan ayrılan Unai Emerinin keçəcəyi gözlənilir.
Qeyd edək ki, Loran Blan 2013-cü ildən parislilərin sükanı arxasında idi. Bu müddətdə, o, 3 dəfə Fransa çempionluğunu, 2 dəfə ölkə kubokunu, 3 dəfə liqa kubokunu, 3 dəfə isə Fransa super kubokunu qazanıb.