PSJ bu futbolçuya görə 130 milyon avro tələb edir
"Paris Sen-Jermen" portuqaliyalı yarımmüdafiəçisi Vitinyanın transfer qiymətini açıqlayıb.
Sportline.az xəbər verir ki, rəhbərlik 25 yaşlı futbolçu üçün 130 milyon avro tələb edir.
Bu haqda "Caught Offside" nəşri məlumat yayıb.
Qeyd edək ki, Vitinya ilə "Liverpul", "Arsenal" və "Yuventus" yaxından maraqlanır.