PSJ-dən 100 milyon avroluq transfer

PSJ Maykl Olisenin transferi üçün 100 milyon avro ödəməyə hazırdır.

Sportline.az xəbər verir ki, “Paris Sen-Jermen” 23 yaşlı futbolçunu heyətinə qatmaq istəyir. Paris klubu Olisenin keçidi üçün 100 milyon avro ödəməyə hazır olduğunu bildirib.

Maykl Oliseyə yalnız PSJ deyil, İngiltərə Premyer Liqasının nəhəng klubları – “Çelsi”, “Liverpul” və “Mançester Siti” də ciddi maraq göstərir.