PSJ-dən “Barselona”ya təklif var
"Paris Sen-Jermen" "Barselona"nın ispaniyalı müdafiəçisi Erik Qarsiyanı transfer etmək istəyir.
Sportline.az "Diario Sport"a istinadən xəbər verir ki, PSJ yanvar ayında Kataloniya klubuna rəsmi təklif göndərəcək.
24 yaşlı oyunçunun "Barselona" ilə sözləşməsi 2026-cı ilin iyun ayına qədərdir.
Qeyd edək ki, E.Qarsiyanın dəyəri 25 milyon avrodur.