PSJ-dən "Mançester Siti"yə 70 milyonluq təklif

Növbəti mövsüm üçün hazırlıqlarını davam etdirən PSJ heyətini gücləndirmək niyyətindədir. SportLine.az "France Football"a istinadən xəbər verir ki, paytaxt klubu Serxio Aqüeronun xidmətində maraqlıdır. 

Artıq PSJ-nin "Mançester Siti"yə rəsmi təklif ünvanladığı da bildirilir. Məlumata əsasən, Fransa klubu transferin reallaşması üçün 70 milyon avro xərcləməyə hazırdır. 

Qeyd edək ki, 29 yaşlı hücumçu 2011-ci ildən "şəhərlilər"in şərəfini qoruyur.