PSJ-dən maraqlı addım

PSJ UEFA Superkuboku uğrunda matçda Canluici Donnarummanın xidmətinə ehtiyac duymayıb.

Sportline.az xəbər verir ki, Paris klubu sabahkı oyunun iştirak ərizəsinə onun adını daxil etməyib.

Qeyd edək ki, son günlər italiyalı futbolçu ilə klub arasındakı münasibətlər ürəkaçan deyil. Parislilər gələn ilin yayında müqaviləsi bitəcək qapıçı ilə vaxtında vidalaşmaqla gəlir əldə etmək niyyətindədirlər.

Lukas Şevalyenin transferindən sonra bu istək daha qabarıq şəkildə özünü büruzə verməkdədir.