PSJ-dən Qavi həmləsi
"Paris Sen-Jermen" "Barselona"nın ispaniyalı yarımmüdafiəçisi Qavini transfer etməyə çalışır.
Sportline.az "E-Noticies" nəşrinə istinadən xəbər verir ki, Paris klubu bu keçid üçün qarşı tərəfə 40 milyon avro ödəməyə hazırdır.
PSJ-nin çalışdırıcısı Luis Enrike Qavini komandasında görmək istəyir.
Qeyd edək ki, 21 yaşlı futbolçu hazırda zədəlidir.